Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:53

-

Nardarandakı “Hüseyniyyə Məscidi”nin axundu Hacı Nuhbala Rəhimovun cinayət işi üzrə məhkəmə başa çatıb.

APA-nın xəbərinə görə, Sabunçu Rayon Məhkəməsinin hökmü ilə N.Rəhimov 1 il 6 ay azadlıqdan məhrum edilib.

N.Rəhimov 2015-ci il dekabrın 7-də Nardaran qəsəbəsində “Hüseyniyyə Məscidi”ndə saxlanaraq Sabunçu rayon Polis İdarəsinə aparılıb və sonra da məhkəmənin qərarı ilə 12 sutka inzibati həbs cəzası alıb.

İnzibatı cəza bitməmiş haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib və O, Nardaran hadisələri ilə bağlı istintaqa cəlb edilib.

Qafqaz Müsəlmanları İdarəsi onu axund kimi tanımırdı.

2015-ci il noyabrın 26-da güc orqanları Nardaran qəsəbəsində əməliyyat keçiriblər. İksi polis olmaqla yeddi nəfər ölüb. Həbs edilənlərdən biri də "Müsəlman Birliyi" Hərəkatının rəhbəri Taleh Bağırzadədir. Prokurorluğun bildirməsinə görə, bu hərəkatla bağlı 70-ə yaxın şəxs həbs edilib. Onlar terror və bir sıra ağır maddələrlə ittiham edilirlər. Sonradan Tale Bağırzadəyə qarşı qəsdən adam öldürmək ittihamı da irəli sürülüb. O, ittihamları əsasız və cəfəngiyat sayır.

Bu işlə bağlı tutulanlardan daha yüngül ittihamlarla üzləşənlərin məhkəmələri başlayıb. Bundan əvvəl onlardan ikisinə 2 il 6 ay cəza verilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG