Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:36

►Dilqəm Əhmədin Cümhuriyyət sevgisi və Cümhuriyyət sərgisi…

Sərgidə Məhəmməd Əmin Rəsulzadəyə və digər cümhuriyyətçilərə aid orijinal məktublar, fotolar yayımlanacaq

Mayın 28-də Caspian Plazada yerləşən Caspian PlatForumda yazar, kolleksioner Dilqəm Əhmədin sərgisi keçiriləcək.

Dilqəm Əhmədin AzadlıqRadiosuna verdiyi xəbərə görə, sərgidə Məhəmməd Əmin Rəsulzadəyə və digər cümhuriyyətçilərə aid orijinal məktublar, fotolar yayımlanacaq.

Cümhuriyyətə və mühacirət tarixinə aid nadir materiallar da sərgini bəzəyəcək.

Tədbirdə Cümhuriyyət Gününün tarixindən, önəmindən bəhs ediləcək. Sərgidə bu materiallar yayımlanacaq:

1. Məhəmməd Əmin Rəsulzadəyə aid 5 foto, üç məktub

2. Cümhuriyyətin İran səfirliyinin fotosu

3. Əlimərdan bəy Topçubaşovun fotosu

4. Cümhuriyyətin 1 yaşı ilə bağlı foto

5. Azərbaycanın ilk gerbinin sulu boya ilə çəkilmiş rəsmi

6. Rəsulzadənin sağlığında çəkilmiş portreti

7. Rəsulzadənin 34 fotodan iabrət dəfn albomu

8. Yazıçı Baninlə Azərbaycan mühacirlərinin İstanbulda çəkilmiş 2 fotosu

9. Mühacirlərdən Abbasqulu Kazımzadə, Mirzəbala Məmmədzadə, Əbdülvahab Yurdsevərə aid məktublar, fotolar.

10. Şair Almas İldırıma aid 2 foto, 1 məktub.

11. Əhməd bəy Ağaoğlunun fotoları, imzalı kitabı və s.

Dilqəm Əhməd deyir, ürəyində cümhuriyyət sevgisi olan hər kəsi sərgiyə dəvət edir.

XS
SM
MD
LG