Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:09

-


Mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib. O, tədbirdə nitq söyləyib.

Sonra dövlət mükafatlarının təqdim edilməsi mərasimi olub.

Prezidenti İlham Əliyevin sərəncamı ilə 2016-cı ildə elm və ədəbiyyat sahələrində dövlət mükafatları təqdim edilib.

Elm üzrə dövlət mükafatları Ramiz Məmmədov, Elbrus Əlizadə, Məhərrəm Həsənov, Zakir Eminova, ədəbiyyat üzrə mükafat isə şair Fikrət Qocaya təqdim olunub.

Səhər saatlarında isə prezident Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə Bakının İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət etmişdi.

1918-ci il mayın 28-də Şərqdə ilk demokratik Respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. 23 ay yaşayan Respublikaya Rusiyanın XI ordusunun işğalı son qoyub.

Günün bütün mövzuları

XS
SM
MD
LG