Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:57

Suriyadakı “İslam Dövləti” qrupu Türkiyə sərhədi yaxınlığındakı ərazini üsyançılardan zəbt edib.

Bu barədə mayın 27-də Britaniyada fəaliyyət göstərən insan haqları mərkəzi məlumat yayıb.

Yaraqlılar Hələbin şimalındakı Maqeqa şəhəri ətrafındakı bir sıra gəndləri ələ keçirib və şəhəri demək olar ki, mühasirəyə alıblar.

Məlumatlara görə yaraqlılar bununla Türkiyə sərhədinin 6 kilometrliyindəki Azaza şəhərinə yaxınlaşıblar.

Bu bölgədə vuruşan üsyançılarsilahla Türkiyə ərazisindən təhciz olunurdular.

Kürd birləşmələri və onların müttəfiqləri bu həftə yaraqlıların paytaxtı hesab olunan Rakka şəhərinə hücuma keçdiklərindən “İslam Dövləti” qrupu Suriyanın şimal-şərqində sıxışdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG