Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:53

ABŞ prezidenti Barack ObamaYaponiyaya səfəri çərçivəsində mayın 27-də Xirosimaya baş çəkib və atom bombasından ölənlərin abidəsini yad edib.

1945-ci ildən bu yana heç bir ABŞ prezidenti hakimiyyətdə olarkən Xirosimaya baş çəkməyib.

Abidənin qarşısında keçirilənmərasimdə ABŞ prezidenti Barack Obama, Yaponiyanın baş naziri Şinzo Abe və ABŞ-ın bu ölkədəki səfiri Kerolayn Kennedi iştirak edib:

“71 il bundan əvvəl aydın və buludsuz bir səhərdə göydən ölüm düşdü və dünya həmişəlik dəyişdi. Şəfəq püsgürtüsü və yanğın divarı şəhəri məhv elədi. Və aydın oldu ki, insan özünü məhv edə bilən vasitə əldə edib”, deyə Obama çıxışında bildirib.

Qeyd edək ki, Obama Yapniyaya səfəri ərəfəsində atom bombasının atılmasına görə üzr istəməyəcəyini demişdi.

Qeyd edək ki, ABŞ 1945-ci il avqustun 6-da Xirosimaya atom bombası atıb.

Nəticədə 80 mindən çox adam həlak olub.

Bundan 3 gün sonra- avqustun 9-da isə Naqasakiyə ikinci bomba atılıb, nəticədə Yaponiya təslim olub və bununla 2-ci dünya müharibəsi sona yetib.

Qeyd edək ki, Yaponiyada “Böyük 7-lər” ölkələrinin sammiti keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG