Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:37

Rusiyaya sanksiyaları uzadırlar


G7 sammiti
G7 sammiti

-

Böyük Yeddilər (G7) Rusiyanın Ukrayna münaqişəsində iştirakından dolayı ona sanksiyaların müddətini uzatmağa qərar veriblər.

Bu barədə Böyük Britaniyanın baş naziri David Cameron Yaponiyada keçirilən yekun mətbuat konfransında bildirib. Onun sözlərincə, Böyük Yeddilər hesab edirlər ki, Minsk razılaşmaları yerinə yetirilməyincə, bu sanksiyalar qüvvədə qalsın.

Minsk razılaşması Ukraynanın şərqində münaqişənin dayandırılmasını nəzərdə tutur.

Sammitin bəyannaməsində qeyd olunur ki, bu ölkələr Krımın qanunsuz ilhaqını pisləyir, Krımın Rusiyaya birləşdirilməsi üzrə referendumun nəticələrini tanımırlar.

Avropa Birliyinin Rusiyaya qoyduğu sanksiyalar iyulda bitir.

XS
SM
MD
LG