Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:19

Abadi etirazçılara müraciət etdi


Etirazçılar Yaşıl Zonaya girməyə çalışır, 20 may, 2016-cı il

Etirazçılar Yaşıl Zonaya girməyə çalışır, 20 may, 2016-cı il

-

İraqın baş naziri hökumətə qarşı çıxan etirazçıları çağırıb ki, mayın 27-də planlaşdırılmış nümayişi təxirə salsınlar, təhlükəsizlik qüvvələri də diqqəti Fəllücə şəhərinin İslam Dövləti (İŞİD) qruplaşmasından alınmasına yönəltsinlər.

Bir neçə aydır, nüfuzlu şiə ruhanisi Muqtada al-Sadr tərəfdarları hər cümə Bağdadın Yaşıl Zona adlanan ərazisində etiraz edir. Onlar səmərəsiz və korrupsioner adlandırdıqları siyasi sistemdə islahatlar tələb edirlər.

Etirazçıları yaraqlı hücumlarından qorumaqdan ötrü əraziyə əlavə təhlükəsizlik qüvvələri gətirilir.

Yaşıl Zonada hökumət binaları yerləşir.

Bu yaxınlarda nümayişçilər zonaya girmiş, parlament və hökumət binalarına hücum çəkmişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG