Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:10

-

ABŞ Prezidenti Barack Obama deyir ki, Taliban “bu tezliklə” Əfqanıstan hökumətilə sülh danışıqları masasına əyləşən deyil.

Obama mayın 26-da Yaponiyada keçirilən Böyük Yeddilərin (G7) sammiti zamanı danışıb. Bundan bir gün öncə Mullah Haibatullah Akhundzada Talibanın yeni lideri təyin olunub. Əvvəlki lideri Mullah Akhtar Mansur isə ötən həftə ABŞ-ın dron zərbəsilə öldürülüb.

“Bunu gözləməsəm də, ümid edirəm ki, bir məqam gələcək, Taliban ölkəni idarə edə bilməyəcəyini anlayacaq və ciddi barışıq danışıqlarına gələcək. Ancaq bunun tezliklə baş verəcəyinə şübhə edirəm”, Obama deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG