Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:11

-

Rusiya Maria Sharapova-nı müvəqqəti olaraq tennis üzrə olimpiya komandasına salıb. Baxmayaraq ki, Sharapova-da dopinq tapıldığından yarışmalardan uzaqlaşdırılmışdı.

“Sharapova-nı komandaya salacağıq və bunu iyunun 6-dək elan edəcəyik”, Beynəlxalq Olimpiya Komitəsinin üzvü və Rusiya Tennis Federasiyasının prezidenti Shamil Tarpishchev mayın 26-da R-Sport xəbər agentliyinə deyib.

“Yarışda iştirak edib-etməyəcəyi barədə qərar mayın sonunadək veriləcək”, o deyib.

Bu ilki Avstraliya Open yarışlarında Sharapova-da meldonium tapılandan sonra martın 12-də uzaqlaşdırılıb. Həmin maddə yanvardan qadağan olunmuş maddə siyahısına salınıb.

Daha sonra Ümumdünya Antidopinq Agentliyi elan edib ki, idmançının qanında tapılan meldoniumum miqdarı az olub və cəzayla sonuclanmayacaq.

29 yaşlı Sharapova 2012-ci il London Olimpiadasında gümüş medal qazanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG