Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:47

-

Rusiya Prezidenti Vladimir Putin bu ay britaniyalı pop müğənni Elton John-un Rusiyaya səfəri zamanı onunla görüşməyəcək. Səbəb qrafikdəki sıxlıqdır. Məlumatı Kreml mayın 26-da yayıb.

Kremlin sözçüsü Dmitry Peskov deyib ki, John Rusiyada gey hüquqlarını müzakirə etmək istədiyini bildirəndən sonra Putin belə bir söhbətə hazır olub.

“Belə bir razılaşma olmuşdu ki, qrafiklər uyğun gəlsə, görüşsünlər”, Peskov deyib. “Təəssüf ki, bu dəfə görüş baş tutmayacaq”.

Putin 2013-cü ildə ziddiyyətli antigey qanunu imzalayıb. Gey olan John mayın 30-da Moskvada dəbdəbəli ticarət mərkəzində çıxış edəcək.

Rusiya prezidenti mayın 27-28-də Yunanıstana səfər edir. Ancaq müğənni ilə görüşə bilməməsinin səbəbi aydın deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG