Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:20

Amerikalı general Bakıya səfər edib


-

Mayın 26-da Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığının rəhbəri, general Frederick Ben Hodges Bakı səfərinin yekunları ilə bağlı brifinq keçirib. General səfərinin tanışlıq xarakteri daşıdığını bildirib.

“ABŞ və Azərbaycan uzun illərdir hərbi sahədə birgə fəaliyyət göstərir.

Bizim əsgərlər Əfqanıstanda çiyin-çiyinə qulluq edir. Buna görə ilk öncə Azərbaycan rəsmilərinə təşəkkürümü bildirmək istərdim”,-general qeyd edib.

Ben Hodges Amerikanın Səsinin “hazırda ABŞ və Azərbaycan hərbi

əməkdaşlığı hansı sahələri əhatə edir” sualının cavabında bunları deyib:

“Fikrimcə, müəyyən sahələr var ki, bu sahələrdə təkmilləşdirmə işləri aparmaq lazımdır. Amerika və Azərbaycan əsgərləri Əfqanıstanda birgə qulluq edir. Bu yay ərzində Rumıniyada hərbi təlimlər keçirmək planımız var. Azərbaycan hərbçiləri bu təlimlərdə iştirak edəcəklər. Azərbaycanın hərbi sahəsini təmsil edən liderlərlə gələcək əməkdaşlıq perspektivləri barədə də danışdıq. Bu il Gürcüstanda “Noble Partner” adlı təlimlər keçirilib. Gələn il keçiriləcək təlimlərə Azərbaycan hərbçilərinin də cəlb edilməsi ilə bağlı müzakirələr apardıq”.

“ABŞ və Azərbaycan bir vaxtlar birgə təlimlər keçirib. Bu təlimlər bərpa olunacaqmı?”- sualının cavabında da Avropa Komandanlığının rəhbəri bunu istisna etməyib. O, deyib ki, dəvət gələcəyi təqdirdə, ABŞ hərbçiləri Azərbaycana gəlib, birgə təlimlərdə iştirak edə bilər.“Mən də istəyirəm bizim hərbçilər Azərbaycana gəlib təlim keçsinlər və bu bölgəyə xas olan təcrübəni qazana bilsinlər”, general Hodges qeyd edib.

Mayın 26-da Frederick Ben Hodges-in rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovla görüşdüyü bildirilir.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir. Xəbərdə qeyd edilir ki, görüşdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son zamanlar yaranan gərginliyin müzakirə edilib.

Aprelin 2-dən 5-dək Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ağır döyüşlərdə hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG