Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:04

Ukraynanın təhlükəsizlik xidməti keçmiş SSSR prezidenti Mikhail Gorbachevin ölkəyə girişinə 5 il qadağa qoyub.

Bu barədə “Ukrainskaya Pravda” qəzeti mayın 26-da təhlükəsizlik xidmətinin nümayəndəsi Elena Gitlyanskaya istinadla məlumat yayıb.

O, bunun ölkənin təhlükəsizliyinin təmin edilməsi, o cümlədən Gorbachevin Krımın hərbi ilhaqını açıq şəkildə dəstəkləməsi ilə bağlı olduğunu deyir.

Ali Radanın deputatı Anton Gerashenko bundan əvvəl təhlükəsizlik xidməti və Ukraynanın Xarici İşlər Nazirliyi-dən onun ölkəyə girişinə qadağa qoyulmasını tələb etmişdi.

Gorbachev 2016-cı il mayın 22-də “Sunday Times” qəzetinə müsahibəsində Rusiyanın Krımı ilhaq eləməsinin düzgün qərar olduğunu deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG