Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:51

-

Prezident Ilham Əliyev Zakir Zaur oğlu İbrahimovu “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edib.

O, bununla bağlı mayın 26-da sərəncam verib.

Z. İbrahimov buna qədər "Təmiz Şəhər" ASC İdarə Heyətinin sədri olub.

Prezident“AzerGold” QSC-nin yaradılması ilə bağlı ötən il fevralın 11-də sərəncam vermişdi.

«AzerGold»un səhmləri dövlətə məxsusdur.

Cəmiyyət əlvan metal filizi yataqlarının kəşfiyyatını, işlənməsini, idarə olunmasını və bu sahədə maddi-texniki bazanın müasirləşdirilməsini həyata keçirməlidir.

Dövlət Statistika Komitəsinin bilgilərinə görə, bu ilin yanvar-mart aylarında ölkədə 13 383 unsiya qızıl istehsal edilib. Bu göstəricinin ötən ilin eyni dövrü ilə müqayisədə 22 faiz az olduğu bildirilir.

XS
SM
MD
LG