Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:50

-

Nərimanov Rayon Məhkəməsi Bakı metrosunda saxlanan Belarus vətəndaşı Sergey Timofeyeviç İlyevskiyin həbsini uzadıb.

“Report”-un xəbərinə görə, onun həbs müddəti daha 2 ay artırılıb.

Sergey İlyevskiy bu il martın 25-i saat 01:30 radələrində Bakının Nəsimi rayonunda saxlanıb. Onun Metropoliteninin havalandırma sisteminin borusu ilə həmin obyektə keçməkdən ötrü dəmir barmaqlıqları xüsusi alətlə kəsmək istəyəndə tutulduğu bildirilir.

S.İlyevskinin saxlananda üzərindən Tbilisi, Yerevan metro

stansiyalarında çəkdiyi şəkillər, bu obyektlərin, eləcə də Bakı Metropoliteninin sxeminin aşkarlandığı deyilir. S.İlyevskiy

özü isə ilkin ifadəsində demişdi ki, metroya girməkdə məqsədi divarlara qraffiti üslubda rəsmlər çəkmək istəyi olub.

Hüquq mühafizə orqanların S.İlyevskinin həbsi ilə bağlı yaydıqları məlumatda qeyd edilirdi ki, O, 2016-cı il mart ayının 18-də Belarusdan Gürcüstana, iki gün sonra Gürcüstandan Ermənistana gedib. Mart ayının 23-də isə yenidən Gürcüstana qayıdaraq oradan da Azərbaycana gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG