Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:53

Almaniya, Böyük Britaniya, ABŞ, Kanada, Fransa, İtaliya və Yaponiya liderləri Yaponiyanın Şima yarımadasında Böyük 7-lər ölkələrinin sammitinə başlayıblar.

Yaponiyanın baş naziri Shinzo Abe dünya liderlərini şinto məbədinin girişində qarşılayıb.

Liderlər ora keçmək üçün 1oo merlik Uci körpüsünü keçməli olublar. Yol boyu onları yerli monaxlar və təhlükəsizlik xidmətinin əməkdaşları müşaiyət edib.

Bu məbədin 2 min ildən çox yaşı var.

Dünya liderləri yolu qət etdikdən sonra Şinzo Abe onları sürücüsüz avtomobildə gəzdirib.

Böyük 7-lər ölkələri 3 mərhələli danışıqlarda ticarət məsələsini müzakirə edəcəklər. Dünya iqtisadiyyatının vəziyyəti gündəlikdə duran əsas məsələdir.

Sammitin sonunda valyuta-kredit, vergi-büdcə və iqtisadi artıma təkan üçün siyasi tədbirlərlə bağlı yekun sənəd qəbul ediləcəyi gözlənilir.

Bundan başqa liderlər terrorçuluq, qaçqın problemi, kibertəhlükəsizlik, habelə dənizdə təhlükəsizlik və Çinin Şərqi və Cənubi Çin dənizində fəallığı müzakirə edəcəklər.

İkigünlük sammitə görə təhlükəsizlik tədbirləri gücləndirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG