Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:59

-

Azərbaycanda 5 milyon 127 min 111 seçici var.

APA-nın xəbərinə görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov deyib.

Seçicilərin təqribən 48,35 faizi kişilər, 51,65 faizi isə qadınlardır.

MSK sədri bu il ölkə üzrə seçici siyahısının dəqiqləşdirilməsinə əsasən Azərbaycanda ən yaşlı seçicinin də adını açıqlayıb. Bu, 49 saylı Yevlax-Mingəçevir Seçki Dairəsində yaşayan 1890-cı ildə anadan olmuş Lena Abbasovadır. M. Pənahov ölkədə hazırda yaşı 100-dən yuxarı olan 538 seçicinin olduğunu bildirib.

MSK-nın bundan əvvəl açıqladığı siyahıda isə ölkədə
5 milyon 96 min 468 seçicinin olduğu qeyd edilirdi.

Azərbaycanda seçici siyahıları daim mübahisə mövzusu olub. Müxalifət partiyaları bildiriblər ki, seçici siyahılarının hazırlanması zamani bir sıra yanlışlıqlara yol verilir.

Hətta 2003-cü il prezident seçkilər zamanı Müsavat partiyası başqanı, prezidentliyə namizəd İsa Qənbər deyirdi ki, onun bir çox tərəfdarı seçki siyahılarında adlarına rast gəlməyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG