Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:12

Fransada atom elektrik satansiyaları, neftayırma zavodları,limanlar və nəqliyyat işçiləri tətilə çıxdıqlarından ölkədə elektrik enerjisi təhcizatında əngəllər yaranıb.

Artıq xeyli vaxtdır ki, ölkədə hökumətin islahatlar planına qarşı etiraz nümayişləri və tətillər keçirilir.

Parisdəki Orli hava limanında uçuşların 15 faizi təxirə salınıb, həmçinin qatar sürücüləri tətilə hazırlaşması vəziyyəti daha da qəlizləşdirə bilər.

Həmkarlar İttifaqları prezident Francois Hollandenin əmək qanunvericiliyi sahəsində islahatlar planına qarşı çıxırlar.

Planda maksimum iş saatınnı mövcud 10 saatdan 12 saata qaldırılması, əlavə işə görə pulun 25 faizdən 10 faizə salınması və pensiya yaşının qaldırılması nəzərdə tutulur.

Hökumətə təzyiqlər ardığından baş nazir Manuel Valls bildirib ki, islahatlar dəyişdirilə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG