Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:07

Mayın 26-da Yaponiyada Böyük 7-lər ölkələrinin sammitinə etiraz olaraq aksiya keçirilib.

Sammit Şima yarımadasında keçirilir.

Tsu-Sity də keçirilən aksiyada yüzədək adam iştirak edib.

Onların əllərin müxtəlif şüarlar olub, bəziləri isə Yaponiyanın baş naziri Abe Shinzo ilə ABŞ prezidenti Barack Obamanın maskalarını taxıblar.

“Onlar küçələrə 70 minədək zabit çıxardıqlarını deyirlər və əgər təhlükəsizliyin təmin edilməsinə bu qədər pul xərcləmək istəyirlərsə, hesab edirəm ki, onların sərmayə qoymaq üçün bundan daha vacib yerləri var”,

Atsushi Kanehagi adlı aksiyaçı mitinq qabağı deyir.

Aksiyaçıları onlarla polis müşaiyət edib.

Onlar yerli meriyadan dəmiryol vağzalınadək yürüş keçirib, sonra isə şəhər şurasının qarşısına toplaşıblar.

Aksiyaçılarla polis arasında mübahisə yaransa da elə bir zorakılıq halı qeydə alınmayıb.

Böyük 7-lər ölkələrinin sammitində Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və ABŞ iştirak edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG