Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:54

Fabrik Trumpun maskasından qazanacaq


Çindəki maska fabriklərindən biri ABŞ prezidentliyinə namizədlərin maskalarını buraxmağa başlayıb.

Jinhua şəhərindəki fabrikin rəhbərliyi siyasi ab-hava və bazar şəraitini incəliklə tuta bilib.

Belə ki, şirkət ABŞ-da seçkiqabağı kampaniya qızışdıqca istehsalı artırır, daha çox maska buraxır.

Aydındır ki, burda söhbət əsasən Donald Trump və Hillary Clintondan gedir.

Fabrikin baş menenceri Ceki Cen Respublikaçı Trumpa daha çox rəğbət göstərdiyini deyir: “Düzünü desəm, mən Trumpa üstünlük verirəm. Hərcənd satış təxminən eyni olsa da onun tirazı 2016-cı ildə tam satılacaq, çünkü o ketdikcə məşhurlaşır. Hesab edirik ki, ABŞ vətəndaşları ona səs verəcək. Ona görə də satışın qızğın vaxtını əldən verməməliyik”.

Çin biznesi demokrat Hillari Klintonu da əlindən vermək fikrində deyil.

Cen deyir ki, onun ustaları Clintonun zahiri görnüşünü vermək üçün qeyri-adi realizmə nail olublar, üzündəki qırışlara xüsusi diqqət yetiriblər.

İndiki prezident Barack Obama da yaddan çıxmayıb, amma onun maskasının bazarda uğuru artıq çox şübhəlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG