Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:41

-

Mayın 26-da növbəti valyuta hərracı keçirilib.

Dövlət Neft Fondu bildirir ki, hərraca 50 milyon ABŞ dolları məbləğində vəsait çıxarıb. Bu vəsaitdən 20 milyon 11 banka, 30 milyon ABŞ dolları isə Azərbaycan Respublikası Mərkəzi Bankına satılıb.

Bundan əvvəlki hərracı çıxmaqla, son aylar satışa çıxarılan valyutanın böyük hissəsini, bir qayda olaraq, Mərkəzi Bank alır. Müstəqil iqtisadçılar isə bu prosesi normal hal hesab etmirlər. Onların fikrincə, hökumət xarici valyutanı bir cibindən çıxarıb, o biri cibinə qoyur.

Bu ilin əvvəlində Mərkəzi Bankın ehtiyatı 4 milyard dollara düşmüşdü. Son aylar keçirilən hərraclarda valyuta alması nəticəsində Mərkəzi Bankın ehtiyatları bir qədər artıb.

2014-cü ilin ortalarında onun ehtiyatları 15 milyard ABŞ dollarından çox idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG