Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:18

-

"Dinamo Tbilisi" futbolçuları həm də NKVD zabitləri idi

Futbol istedadı işgəncə istedadına mane olmurdu

Beriya

Beriya

Sovet Gürcüstanı üçün "Tbilisi Dinamo" sadəcə futbol klubu deyildi, həm də milli qürur və kimlik məsələsi idi. Adi adamlardan yüksək çinli siyasətçilərə qədər, bütün ölkə futbolla nəfəs alırdı. Lavrenti Beriya da daxil olmaqla.

O Beriya ki, onminlərlə Sovet vətəndaşının həbsinə və edamına fərman vermiş gizli sadist polis şefi, ölkənin Daxili İşlər Xalq Komissarlığının qorxulu rəhbəri idi.

"Tbilisi Dinamo" yaradılanda (1925) Beriyanın 26 yaşı vardı. O, özü də oynayır və oyunçuları şəxsən tanıyırdı. Təxminən 1928-ci ildə, yəni üstündən iki-üç il sonra Beriya Gürcüstan Təhlükəsizlik Xidmətinin qorxulu rəhbəri oldu, arxiv sənədləri göstərir ki, o, komandanı da NKVD adlı gizli polisin bir hissəsinə çevirdi.

"Dinamo"nun başında NKVD zabitləri dururdu. Komandanın texniki və maliyyə söhbətlərini onlar aparırdılar.

Bu, Sovet dövlətində adi şey idi; idmana Kommunist Partiyasının sosialist cəmiyyəti quruculuğunda vasitə kimi baxırdılar. Heç bir idman komandası partiya və hökumət nəzarətindən azad deyildi. Futbolçular oyuna görə təkcə maaş yox, pulsuz mənzil və başqa şeylər alırdılar.

Amma 1937-ci ildə Gürcüstanda bəzi "Tbilisi Dinamo" oyunçuları diktator Stalinin Böyük Terroru ilə əlaqəyə girdilər.

NKVD

NKVD

Beriyanın himayəsi altında Gürcüstanda təkcə 1937-1938-ci illərdə 25430 nəfər həbs olundu, 14500 nəfər əmək düşərgələrinə göndərildi və 10930 adam edam edildi, bunu KQB arxivlərinə əsasən alman tarixçilər Marc Junge və Bern Bonvich 2015-ci ildə çıxmış kitablarında (“Bolschewistische Ordnung in Georgien”) yazırlar.

O zaman "Dinamo"-nun işlərini NKVD binasında, gizli polis rəisi Sergo Goglidze'nin idarəsində müzakirə edirdilər.

Futbolçular gündüzlər oynayır, gecələr NKVD casusları kimi adamları evlərindən "təmizləyirdilər".

İstefaya çıxmış oyunçuların isə özlərini aradan götürürdülər.

1937-ci ildə “Dinamo”nun kapitanı etnik erməni, NKVD zabiti Mikhail Aslamazov həbs edildi və dindirildi. Rəsmi hekayətə görə, həbs ediləndən sonra o, Tbilisi NKVD binasının pəncərəsindən tullanmış və ölmüşdü. Lakin o zamankı bir NKVD işçisi, sonralar Sovet Daxili İşlər Nazirliyində köməkçi olmuş Konstantin Savitsky 1950-ci illərdə ifadə verərək deyib ki, Aslamazova intihar edənə qədər çox sərt işgəncələr verildi.

Başqa bir keçmiş futbolçu Levan Abashidze (Gürcü NKVD-də şöbə müdiri) də həbs edildi və 30 yaşı olanda edam edildi.

Onların həbs səbəbləri aydın deyil. Həm Aslamazov, həm də Abashidze istefada olan futbolçular idi, yəni daha “Dinamo”ya gərək deyildilər.

Eyni zamanda Beriyanın oyunları udmaq, qələbə çalmaq arzusu vardı və bu arzu Partiyanın xəyali düşmənlərini “amansızlıqla” məhv etməyə yönəlmişdi.

1936-cı ildə Beriya, Boris Paichadze'ni "Dinamo"ya cəlb etdi. Bu gün Tbilisinin ən böyük futbol stadionu onun adını daşıyır, 21 yaşlı perspektivli futbolçu idi, o, kiçik Poti liman şəhərində doğulmuşdu, baxmayaraq ki, onun atası keçmiş Menşevik Partiyasının lideri idi, anti-sosialist təbliğat aparmasına görə həbs edilmişdi, Beriya futbolçu Paichadze’ni “Dinamo”ya gətirdi.

Partiya Mərkəzi Komitəsinin sənədlərinə görə, İkinci Dünya Müharibəsindən sonra o, qısa müddət NKVD-nin ekvivalenti olan NKGB (Dövlət Təhlükəsizlik Xalq Komissarlığı) zabiti oldu.

1937-ci ildə Beriya 33 yaşlı “Dinamo”çu Grigol Pachulia’nı yaxşı qol vurmasına görə NKVD-nin Qara dəniz Abxaziya bölməsinin rəhbəri qoydu. O, orada Beriyanın izni ilə yeni dindirmə və işgəncə metodları tətbiq etdi.

KQB arxivlərinə görə, NKVD işçiləri tez-tez Abxaziyadakı Suxumi şəhər mərkəzi NKVD həbsxanasının zirzəmisini suyla doldururdu. Məhbuslar orada saxlanırdı, onlara içməli su və tualetə getmək icazəsi verilmirdi, onlar bu suda həm tualetə gedir, həm də ondan içirdilər.

Beriya 1953-cü ildə həbs ediləndən sonra Pachulia məhbuslara qeyri-insani davranmaqda ittiham edilərək 25 illik əmək düşərgəsinə göndərildi. O, azad ediləndən sonra təqsirsiz olduğunu iddia edirdi. Amma qızının yazdığına görə, o, həbsinə “səbəb” olduğunu deyirmiş.

Cinayətlər həbsxanalarla məhdudlaşmırdı. “Dinamo”ya yaxşı oyunçular cəlb etmək istəyən NKVD 1950-ci illərdə Misha Jojua’nı oğurlatdı. O zaman Jojua Moskvanın “Kiriia Sovetov” komandasında oynayırdı, o, Daşkənddən oğurlanaraq “Dinamo”ya gətirildi.

Gürcülər həmişə, hətta 1991-ci ildə Gürcüstan müstəqillik qazanandan sonra da “Dinamo”nu NKVD-nin idarə etdiyini bilirdilər. Bununla belə, komandanın qələbələrini qeyd edirdilər. 1981-ci ildə onlar Avropa Kubokunda qələbə qazananda komanda milli qüruru yüksəltdiyi üçün oyunçuları bağışlamışdılar da.

Tarixçi, Tbilisi Dölət Universitetinin professoru Gogi Demetradze səmimi qəlbdən nifrət edirdi Beriyaya, “Dinamo”nu isə sevirdi. O, deyirdi: “O, yaxşı adam deyildi. Mənim babamı da həbs etmişdi… Amma o, “Dinamo Stadionu”nu yaratmışdı və “Dinamo Tbilisi”yə dəstək vermişdi."

Beriya 1953-cü ildə taxtdan düşəndən sonra da onun “Dinamo” məhəbbəti solmadı. Birinci Katib Akaki Mgeladze komanda üzvlərilə bir görüşündə demişdi: “Sovet çempionluğu uğrunda qələbəni siz qazanmasanız, hamınızı güllələyəcəyik”. Komanda 1964-cü ilədək çempion olmadı, amma yaşadı.

Bu gün “Dinamo” klubu NKVD keçmişini etiraf edir: “Bizə NKVD-dən bir xeyir yox idi” – komandanın mətbuat katibi Giorgi Pirtskhelani yazır: “Biz həmişə təzyiqlərə və ədalətsizliklərə məruz qaldıq.”

Qaynaq: EurasiaNet.org

Həmçinin bax - AzadlıqRadiosu Youtube Kanalında bu videoları da izləməyi unutma:

Mir Cəfər Bağırovun cangüdəni nələr danışır?

Günün bütün mövzuları

XS
SM
MD
LG