Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:44

Rusiyada yeni «din» yaranır


Moskvada 9 may paradına hazırlıq.
Moskvada 9 may paradına hazırlıq.

-

«Gazprom»un dinc günləri arxada qaldı?; Rusiyayla Çin G7-ni böləcək, ya birləşdirəcək? – 26 may Qərb mediasının icmalı.

«Rusiyada Qələbə günü təntənələri ildən-ilə daha möhtəşəm keçirilir. Son illər Qələbə gününə pərəstiş Rusiya cəmiyyətini birləşdirməkdən ötrü sanki bir dinə çevrilib». Bunu «New Eastern Europe» saytında Oleksii Polegkyi yazır.

Müəllif qeyd edir ki, 2-ci Dünya Müharibəsində Sovet İttifaqının qələbəsi Rusiya milli mənsubiyyətinin məhəkdaşına çevrilib, bu, özəlliklə də, Vladimir Putin-in vəzifədə olduğu müddətdə yaranıb. «Rusiyada hazırkı rejimə dəstəyin səfərbər olunmasında həmin qələbədən fəal istifadə edilib. Qələbə mirası vasitəsilə Rusiya superdövlət kimi təqdim olunur və Avropada xüsusi status iddialarını əsaslandırır. Bu qələbə mifinə hər hansı etiraz Rusiyanın postsovet məkanında dominantlığına təhlükə sayılır, Rusiya dövlətinin əsaslarına meydan oxuma kimi qələmə verilir».

«Hakimiyyətini saxlamaq və xalqın dəstəyini almaqdan ötrü Putin neosovet imperiyası qurmağa çalışır və bununla da Qərb modelinə alternativ olduğunu təbliğ edir. Putin rejimi «xüsusi cığır» konsepsiyası ətrafında ideologiya qurmağa çalışır, stalinizm ilə neoavrasiyaçılığı mühafizəkar pravoslav xristian baxışları və rus millətçiliyi ilə birləşdirir. Tarix və keçmiş simvolik resurslar hesab olunur və siyasi məqsədlərə çatılmasında, hakimiyyətin saxlanmasında vacib alətlərə çevrilib», - müəllif yazır.

Gazprom
Gazprom

«GAZPROM»UN DİNC GÜNLƏRİ ARXADA QALDI?

Bu sualı Karneqi Fondundan Judy Dempsey bir neçə ekspertə ünvanlayıb.

«The Financial Times» qəzetinin Moskva və Orta Asiya üzrə müxbiri Jack Farchy deyir ki, həmin günlər sona çatıb. Bu il şirkətin gəlirlərinin təxminən 4 dəfə azalacağı gözlənilir. 2013-cü ildə 63 milyard dollar olan gəlirlər bu il 17 milyarda düşəcək. Bu proqnozu «Sberbank»ın təhlilçiləri irəli sürür. Bu da «Gazprom»un Rusiya iqtisadiyyatındakı yerinə təsirsiz ötüşmür. 2010-2013-cü illərdə «Gazprom» ortalama 44 milyard xərcləyibsə, bu il bu rəqəm 21 milyarda düşəcək. Son on ildə ilk dəfədir k, şirkətin nağd qazancı planlaşdırılan xərclərini ödəməyəcək.

Üstəlik, gələn illər ərzində bazarda aşırı maye təbii qaz təklifi qazın qiymətinin ciddi qalxacağına ümid yeri qoymur. Ancaq jurnalistin fikrincə, «Gazprom» Rusiya iqtisadiyyatında aparıcı güc olaraq qalacaq. Çünki dinc günlər təkcə bu şirkət deyil, qlobal enerji sənayesi üçün də tükənib. Avropa bazarında rəqabətin güclənməsinə baxmayaraq, «Gazprom» bazardakı payını saxlayacaq.

Atlantik Şurasının Qlobal Enerji Mərkəzindən Alan Riley də düşünür ki, «Gazprom» çətinliklər içindədir. 2008-ci ildə 300 milyard bazar dəyəri olan nəhəngin qiyməti bu gün 50 milyard dollara düşüb.

«Gazprom»un yeganə ümidi Avropanın vahid qaz bazarıdır. Həmin bazar sonucda birləşsə, hüquqi baryerlər qaldırılsa, «Gazprom» ən böyük təchizatçıya çevrilər. Ancaq bu halda şirkət rəqabətli bazarın tələbləri uymalı, təklif olunan Almaniya-Rusiya «Şimal Axını 2» kəmərindən əl çəkməlidir. Sual odur ki, «Gazprom» bunları edəcəkmi?.

G7
G7

RUSİYAYLA ÇİN G7-Nİ BÖLƏCƏK, YA BİRLƏŞDİRƏCƏK?

Bu suala «Forbes» jurnalından Jeremy Maxie cavab axtarmağa çalışıb.

Bu həftə ABŞ prezidenti Barack Obama Yaponiyada Böyük Yeddiliyin (G7) sammitinə qatılır, Hiroşimaya da baş çəkir. O, həm qlobal iqtisadiyyatdan danışacaq, həm də Nobel Sülh Mükafatı laureatı kimi nüvə tərksilahını təşviq edəcək. Müəllif yazır ki, prezident sonradan Vaşinqtonda tənqid olunacaq – Hiroşimada nəyi deyib-deməməsindən asılı olmayaraq. ABŞ və Yaponiyada siyasi gərginliyi nəzərə alan Obama 2-ci Dünya Müharibəsinin sonunda Hiroşima və Naqasakiyə atom bombasının atılmasına görə üzr istəməməyə qərar verib.

Obama mayın 26-27-də G7-nin sammitinə də qatılır. Yaponiyanın Baş naziri Shinzo Abe-nin iki ziddiyyətli təklif irəli sürəcəyi gözlənilir. Birincisi, G7-nin Çinin Şərqi və Cənubi Çin dənizlərində mövqeyini gücləndirməsini pisləyən bəyanat qəbul etməsi, ikincisi Rusiyanın Böyük Səkkizliyə (G8) yenidən qəbul olunması məsələləridir.

Pekin birinci məsələyə kəskin etiraz edir, G7-nin müdaxiləsinə qarşı çıxır, mübahisəyə üçüncü tərəflərin müdaxiləsini pisləyən bəyanat da verib. Çin xarici işlər nazirinin köməkçisini Yaponiyaya danışıqlara da göndərib.

«Abe birinci təklifi ilə bağlı konsensus əldə edə bilər, ancaq ikinci təşəbbüsü boşa çıxa bilər. Rusiya 1998-ci ildə G7-yə qoşulub, 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra çıxarılıb. Yaponiya bu il G7-də prezidentliyə başlayandan Rusiyanı qaytarmağa çalışır. Məlumatlara görə, prezident Obama fevralda Abe-yə zəng edib ona təzyiq göstərdi ki, mayda Putin-lə görüşməsin, ancaq Abe onu rədd etdi».

XS
SM
MD
LG