Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:25

Atəşkəsin 13 dəfə pozulduğu deyilir


Qarabağda erməni əsgər.
Qarabağda erməni əsgər.

-
Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 13 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Tərtər, Füzuli və Xocavənd rayonları istiqamətindən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Aprelin 2-dən 5-dək təmas xəttində ağır döyüşlərdə hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Mayın 16-da isə Vyanada Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub. Görüşdə Minsk qrupu həmsədrlərinin (ABŞ, Fransa, Rusiya) təmsilçiləri də iştirak edib. Bundan sonra cəbhədə atəş səsləri azalmağa başlayıb.

XS
SM
MD
LG