Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:59

-

ABŞ məhkəməsi biznesmen Reza Zarrab-ın girovluğa buraxılmasına dair vəsatəti təmin etməyib. Onun “nəhəng” resurslarının onun cinayət təqibindən gizlənməsinə imkan verdiyi əsas gətirilib.

Mayın 25-də Nyu Yorkda keçirilən məhkəmədə prokurorlar Zarrabı “güclü əlaqələri, sərvəti və nüfuzu olan beynəlxalq biznesmen” kimi təsvir edib, onun ABŞ-dan qaça biləcəyini deyib.

İran-Türkiyə vətəndaşı Zarrab martda Mayamidə saxlanıb. O, ABŞ-ın İrana qarşı sanksiyalarını pozmaqda ittiham olunur.

Ona qarşı ittihamlar təsdiqlənərsə, on illər boyunca həbs cəzası çəkə bilər.

Reza Zarrab türkiyəli müğənni Ebru Gundes-in əridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG