Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:57

-

Nazim Hikmət

Dünyanın ən qəribə məxluqu

Əqrəb kimisən, qardaşım

qorxunc bir qaranlıq içindəsən

əqrəb kimi.

Sərçə kimisən, qardaşım

sərçənin təlaşı içindəsən.

Midyə* kimisən, qardaşım

Midyə kimi qapalı, rahat.

Və sönmüş bir vulkan ağzı kimi qorxuncsan, qardaşım.

Bir deyil,

beş deyil,

milyonlarlasan, nə yazıq.

Qoyun kimisən, qardaşım

bir çodar uşağı qaldırınca zopasını

sürüyə qatılırsan o dəm

və adətən məğrurcasına gedərsən sallaqxanaya.

Dünyanın ən qəribə məxluqusan yəni,

əslən bu dərya içində olub

dəryanı bəyənməyən balıqdan da qəribə.

Və bu dünyada bu zülm

sənin sayəndə.

Və acıq, yorğunuq, al-qan içindəyik əgər

və hələ də şərabımızı çıxartmaq üçün əziliriksə

qəbahət sənin

- deməyə də dilim var gəlmir, amma –

qəbahətin çoxu sənin, canım qardaşım.

Azərbaycan türkcəsinə uyğunlaşdırdı: Azad Qaradərəli

Günün bütün mövzuları

XS
SM
MD
LG