Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:43

-

Ağdamın «Qarabağ» klubu bu mövsümü iki kubokla başa vurub.

Mayın 25-i Azərbaycan kubokunun final oyunu keçirilib.

Ardıcıl 3-cü dəfə Topaz Premyer Liqasını çempion kimi başa vuran «Qarabağ» «Neftçi» ilə oynayıb. Matçın əsas vaxtında qol olmayıb. Qarşılaşmanın taleyi əlavə olunmuş dəqiqələrdə həll olunub. İlk 15 dəqiqə də qapılara qol vurulmayıb. İkinci əlavə vaxtın sonu xeyli həyəcanlı keçib

Əlavə olunmuş vaxtın sonuna yaxın «Qarabağ» Miçelin baş zərbəsi ilə hesabı açıb. Bundan bir dəqiqə sonra Erik Ramos qırmızı vərəqə ilə cəzalanıb və «Neftçi» azlıqda qalıb. Ağdamlıların say üstünlüyü cəmi bir dəqiqə çəkib. Bu dəfə digər cənubi amerikalı Reynaldo qırmızı vərəqə alıb. Ancaq oyunda nəticə dəyişməyib.

«Qarabağ» mövsümü qızıl dublla başa vurub. «Qarabağ» bu mövsüm Topaz Premyer Liqasını da çempion kimi bitirmişdi. Qurban Qurbanovun yetirmələri bu mövsüm də Azərbaycanı Çempionlar Liqasının təsnifat mərhələsində təmsil edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG