Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:01

-

BMT-nin işgəncələrə qarşı qrupu Ukraynaya səfərini dayandırıb. Səbəb qrupun ölkənin bəzi ərazilərinə buraxılmamasıdır. Həmin yerlərdə Ukrayna Təhlükəsizlik Xidmətinin şübhəliləri saxladığı bildirilir.

BMT-nin İşgəncələrə qarşı Altkomitəsinin nümayəndə heyətinin səfəri mayın 19-da başlanıb, mayın 26-da bitməliydi.

Ancaq qrup mayın 25-də bildirib ki, mandatını tam icra edə bilmədiklərindən səfərin bütövlüyünə zərbə yaranıb.

Nümayəndə heyətinin rəhbəri Malcolm Evans deyib ki, komandası “işgəncə və pis rəftarın baş verə biləcəyi” yerlərdə adamların saxlanması barədə “saysız və ciddi iddialar” eşidiblər.

Nümayəndə heyəti 2011-ci ildəki səfərdən sonra etdiyi tövsiyələrin necə icra olunduğunu dəyərləndirirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG