Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:39

-

Bu gün vәzir istәsә, sәn vәkildәn tutmuş bizә kimi cәmi camaatı tutub qazamata salar da...

Üzeyir Hacıbəyov

MÜSӘLMAN KӘNDLİSİNİN SİYASİ SÖHBӘTİ

- Atamoğlan әmi! İndi sәn bizim içimizdә ağıllı adamsan, dayna! Özün dә pristav qabağında söz danışansan. Şәhәrә-zadә da çox-çox gedib gәlirsәn. Bircә de görüm dünyada vәzir böyükdür, yoxsa vәkil?

- Әlbәttә, vәzir böyükdür!

- Yaxşı, indi sözgәlişi, bu gün vәzir istәsә, sәn bilirsәn dayna, vәkili tutub qazamata sala bilәrmi?

- Salar!

- Vәkil dә, sözgәlişi, istәsә goburnatı salar, elә deyilmi?

- Bәli!

- Koburnat da demәli, nәçәlniyi salar?

- Bәli!

- Nәçәlnik dә pristavı salar?

- Bәli!

- Pristav da yüzbaşını salar?

- Bәli!

- Yüzbaşı da, demәli, bizi salar?

- Bәli!

- Yaxşı, indi sözgәlişi, bu gün vәzir istәsә, sәn vәkildәn tutmuş bizә kimi cәmi camaatı tutub qazamata salar da!

- Salmağına salar, amma qazamatda bir elә yer olmaz.

- Bıy, hә. Doğrudan, bizim Hümmәt kişi dә deyirdi ki, qazamatın içi çox dardır. Sibirdә dә o qәdәr adam var ki, elә bil qarışqa qoşunudur....

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG