Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:48

Ukraynalı pilot Nadia Savchenko mayın 25-də Rastovdan təyyarə ilə vətəninə dönüb.

O iki rusiyalı jurnalistin ölümündə əli olmaqda təqsirli bilinərək Rusiyada 22 il həbsə məhkum edilmişdi.

Savchenko ittihamları rədd edir və Ukraynanın şərqində rusiyapərəst separatçılar tərəfindən oğurlanaraq Rusiyaya aparıldığını deyir.

Savchenko Borispol hava limanına Ukrayna prezidentinin təyyarəsi ilə dönüb:

“Övladları əsirlikdə olan valideyinlərdən üzr istəyirəm, mənsə azadlıqdayam. Mən ölənləri qaytarmayacam. Amma həyatımı Ukrayna uğrunda dpyüş meydanında qurban verməyə hazıram. Həbsdə olanların azadlığa çıxması üçün əlimdən gələni əsirgəməyəcəm”deyə o bildirib.

Savchenko Ukraynada həbsdə olan iki rusiyalıya-Evgeny Erofeev və Alexander Alexandrova dəyişiblər.

Kiyev onların Rusiya kəşviyatının əməkdaşları olduqlarını deyir.

Prezident Petro Poroshenko onların ikisini də əfv edib və mayın 24-də Təyyarə ilə Kiyevdən Moskvaya göndəriliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG