Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:20

Vətəndaş cəmiyyəti prezidenti dialoqa çağırır


Bayram Məmmədov və Qiyas İbrahimov

Bayram Məmmədov və Qiyas İbrahimov

-

“Biz, Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin üzvləri İlham Əliyevi dövlət başçısı kimi siyasi mövqe nümayiş etdirərək bu il mayın 10-da Heydər Əliyevin abidəsində qraffiti çəkən iki gəncin cəzasını yüngülləşdirməyə çağırırıq ”.

Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin mayın 25-də ölkə başçısına ünvanladıqları müraciətdə belə deyilir.

Bəyanatda bildirilir ki, B.Məmmədov və Q.İbrahimov əksər insanların yoluxduğu ictimai biganəliyə və siyasi qeyri-səmimiliyə bu yolla etirazlarını ifadə etməyə çalışıblar.

“Ekssentriklik həmişə gənclərə xas olan cəhətdir. İqtisadi və mənəvi böhran şəraitində məhz bu gənclər cəmiyyətdəki qeyri-sağlam atmosfer haqqında həyəcan təbili çalırlar. Qeyri-sağlam atmosfer isə göz önündədir və hamımız gündən-günə böhranın yeni təzahürlərinin şahidi oluruq.

Əlbəttə ki, iki gəncin hərəkəti təqdirəlayiq deyil. Hər ikisi də öz əməllərinə görə, qanun çərçivəsində məsuliyyət daşıyır. Amma gənclərə qarşı zorakılığa və insan ləyaqətini alçaldan əməllərə dövlət tərəifindən yol verilməsi, onlara qarşı törətmədikləri cinayət ittihamının saxtalaşdırılması özü də cinayətkarlıqdır” - deyə bəyənatda vurğulanır.

Mayın 12-də Xətai rayon məhkəməsi gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədov haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib. Daxili İşlər Nazirliyinin məlumatına görə, gənclərin hər birinin üstündən 2 qram, evlərindən isə 1 kiloqramdan artıq heroin çıxıb.

Beynəlxalq qurumlar gənc fəalların siyasi motivlə həbs olunduğu barədə bəyanatlar yayıblar.

Bayram Məmmədov və Qiyas İbrahimov mayın 10-da saxlanıb. NİDA Vətəndaş Hərəkatı onların Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentinə yazılan şüarlara görə, saxlanıldığını açıqlamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG