Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:26

-

İspaniyaya rəsmi səfərdə olan müdafiə naziri Zakir Həsənov mayın 25-də bu ölkədən olan həmkarı Pedro Morenes Alvaro de Eulate ilə görüşüb. Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.

Xəbərdə İspaniyanın Müdafiə Nazirliyində Z.Həsənovun rəsmi qarşılanma mərasiminin keçirildiyi bildirilir. Daha sonra nazirlərin əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşdüyü qeyd edilir.

Görüşlərdə iki ölkə arasında əlaqələrin genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin vacibliyinin vurğulandığı bildirilir.

Z. Həsənovun Cənubi Qafqaz regionundakı hərbi-siyasi vəziyyət, Qarabağ münaqişəsi, cəbhə bölgəsində yaşanan son hadisələr, Azərbaycanın Avropa və Avratlantik qurumlarla əlaqələri barədə ətraflı məlumat verdiyi deyilir.

Görüşdə silahlı qüvvələrin əməkdaşlığı ilə bağlı müzakirələrin aparıldığı da bildirilir.

Zakir Həsənov mayın 24-də İspaniyaya Krallığına getmişdi.

Aprelin 2-dən 5-dək Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ağır döyüşlərdə hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli döyüşlər baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsi bağlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG