Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:00

Gürcüstanın xarici işlər naziri Mikhail Canelidze Avropa Birliyi ölkələri daimi nümayəndələr komitəsini Gürcüstana qarşı viza rejimini götürməyə çağırıb.

Komitə bundan əvvəl viza rejiminin ləğvini təsdiqləməkdən imtina edib.

Canelidze komitənin viza rejimini ləğv edəcəyinə ümidlə yanaşdığını bildirib.

Ədliyə və daxili işlər nazirlikləri şurası iyunun əvvəllərində məsələ ilə bağlı qərar qəbul eləməlidir.

Canelidze bildirib ki, Avropa Birliyinin sonuncu “Şərq Tərəfdaşlığı” sammitində xarici işlər nazirləri Gürcüstanın bunun üçün lazım olan bütün öhtəlikləri yerinə yetirməsini təsdiqləyiblər.

Bundan başqa Avropa Komissiyası Avropa Şurası ilə Avropa Parlamentinə müsbət qərar verməyi məsləhət görüb.

“Şərq Tərəfdaşlığı” proqramına Ukrayna, Belarus, Moldova, Gürcüstan və Azərbaycan daxildir.

Amma Azərbaycan Avropa birliyi ilə bu formatda yox, bərabər hüquqlu başqa formada əməkdaşlığın tərəfdarıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG