Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:09

Nyu Meksika ştatının paytaxtı Albukerkedə Trupa qarşı keçirilən aksiya zamanı polislə toqquşma baş verib.

Aksiya Trumpun seçiciləri qarşısında çıxış etdiyi binanın önündə keçirilib.

Trumpa qarşı çıxan aksiyaçılar polisi daşa basıb, yandırıcı butulkalar atıblar.

Polis isə kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və tüstü bombası atıb.

Nyu-Meksika ştatında əsasən latınamerikalılar yaşayır.

Onlar Trumpun miqrasiya siyasətinə qarşıdəlar.

Bu ştatda praymeriz iyunun 7-də keçiriləcək.

Mayın 24-də Vaşinqton ştatında keçirilən ilkin seçkilərdə Demokrat Partiyasından Hillary Clinton, Respublikaçılar-dan isə Donal Trump qalib gəlib.

Beləliklə prezidentliyə hər iki iddiaçı partiyalarından yekun namizədliyə bir az da yaxınlaşıblar.

Trumpın namizəd olması üçün lazım olan 1237 nümayəndə səsindən cəmi 14-ü çatmır.

Amma görünür iyunun 7-dək onu da toplayacaq.

Hillari Clintonun isə 78 nümayəndə səsi çatışmır. Clinton artıq 1768 nümayəndə səsi yığıb.

Onun da iyunda qalan səsləri tolyacağı gözlənilir.

Clintonun rəqibi Bernie Sandersin isə cəmi 1497 səsi var.

ABŞ-da prezident seçkiləri bu ilin noyabrında keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG