Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:10

-

Vətəndaşların müraciətlərinə baxmayan vəzifəli şəxslər cəzalandırılacaq

Vətəndaşların müraciətləri haqqında qanunvericiliyin pozulmasına görə, inzibati sanksiyalar tətbiq oluna bilər. Parlamentdə bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavə edilməsi müzakirəyə çıxarılıb.

Modern.az xəbər verir ki, parlamentin insan hüquqları komitəsi mayın 25-də bunu müzakirə edib. Müzakirəyə çıxarılan əlavəyə əsasən, vətəndaşların müraciətləri haqqında qanunvericiliyin pozulmasına görə, vəzifəli şəxslərə xəbərdarlıq veriləcək. Bununla yanaşı, həm də onlar cərimələnəcəklər. Vəzifəli şəxslərin 100, hüquqi şəxslərinsə 200 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.

Komitə əlavəni parlamentin plenar iclasına tövsiyə edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG