Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:04

Trump və Clinton yenə qalib gəldilər


Hillary Clinton/Donald Trump
Hillary Clinton/Donald Trump

-

Demokrat Hillary Clinton və respublikaçı Donald Trump mayın 24-də Vaşinqton ştatında ilkin seçkini udublar. Beləliklə, onlar partiyalarından prezidentliyə namizəd olmağa bir az da yaxınlaşıblar.

Trump-ın namizəd olmağa gərəkən 1237 nümayəndə səsindən cəmi 14-ü çatmır, iyunun 7-dək onu da toplayacağı görünür.

Clinton-un 78 nümayəndə səsi çatışmır. Clinton artıq 2305 nümayəndənin dəstəyini əldə edib. Rəqibi Bernie Sanders-in isə cəmi 1539 səsi var.

Demokratlardan ABŞ prezidenti postuna rəsmi namizəd olmaq üçün partiya qurultayının 4764 nümayəndəsindən azı 2383-nün dəstəyini qazanmaq lazımdır.

XS
SM
MD
LG