Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:08

-

Mayın 24-də Hüquqlar uğrunda İdman koalisiyası Londonda xüsusi tur təşkil edib. Koalisiya bildirir ki, məqsəd Azərbaycanda dövlət səviyyəsində korrupsiyanın Londona necə nüfuz etdiyini göstərmək olub.

“İlk baxışda əlaqəsiz görünən restoranlar, hüquq firmaları, nəşriyyatlar, PR ofisləri, mülklər – insan haqlarını ən pis formada pozanların Böyük Britaniyanın paytaxtındakı bu mənzərələr arxasında necə gizləndiyini nümayiş etdirdik”, koalisiyanın yaydığı açıqlamada deyilir.

Bu tur həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayılovanın 40 ilik yubileyi ərəfəsində keçirilib. Xədicə hökumət səviyyəsində korrupsiyanı, eləcə də prezident ailəsinin gizli biznesini üzə çıxaran araşdırmalar edib.

Xədicənin ad günü münasibətilə dünya üzrə 40 etiraz aksiyası planlaşdırılır.

AzadlıqRadisounun araşdırmaçı jurnalisti Xədicə İsmayılova iqtisadi ittihamlarla 7 il yarım həbs cəzası alıb. Amnesty International onu “vicdan məhbusu” kimi tanıyıb.

Hökumət ölkədə siyasi motivli həbslərin olmadığını deyir.

Bu yaxınlarda mediaya sızan “Panama sənədləri” dünyanın bir sıra tanınmışları ilə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin ailəsinin də ofşor sərvətlərini üzə çıxarıb. Ancaq hökumətdən buna münasibət açıqlanmayıb. Prezident ailəsinin mülklərinin bir hissəsinin Londonda yerləşdiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG