Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:02

-

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti Qroznıda Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadyrov-la görüşüb.

«Report»un xəbərinə görə, görüşdə Azərbaycan və çeçen xalqının həmişə bir-birilərinə dost olduqları qeyd edilib.

R.Mehdiyevin, həmçinin iki xalq arasında münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əmin olduğunu diqqətə çatdırdığı bildirilir.

Xəbərdə qeyd edilir ki, R.Kadyrov da öz növbəsində deyib ki, dünyada hazırkı vəziyyətdə əsas məsələ bütün ölkələrin öz səylərini terrorçuluğa qarşı birləşdirməsi və ikili standartlar siyasətinin bir kənara atılmasıdır.

Tərəflərin, habelə, iqtisadiyyat sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdikləri deyilir.

Rusiya Federasiyası Çeçenistan Respublikasının paytaxtı Qroznıda Təhlükəsizlik Şuraları ali nümayəndələrinin VII beynəlxalq toplantısı keçirilir. R.Mehdiyev bu toplantıda iştirak etməkdən ötrü mayın 24-də Qroznıya gedib.

Günün bütün mövzuları

XS
SM
MD
LG