Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:14

-

Rusiya idmanda dopinqdən qanunsuz istifadəni cinayət sayan qanun qəbul edəcək. Ölkənin idman naziri Vitaly Mutko mayın 24-də belə deyib.

Rusiya dövlət mediası həmin gün məlumat yayıb ki, 2008-ci il Pekin Olimpiadasında 10 medalçının analizlərində dopinq aşkarlanıb.

Mutko-nun sözlərinə görə, Kreml mayın 20-də Dövlət Dumasına uyğun qanunvericiliyin təqdim olunması planını dəstəkləyib.

TASS yazır ki, qanunu pozanlar 3 milyon rubladək (45 min 51 dollar) cərimələnə, yaxud beş ilədək həbs oluna bilərlər.

Ötən noyabrda dopinq qalmaqalı yaranandan rusiyalı atletlər beynəlxalq yarışlardan uzaqlaşdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG