Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:16

-

ABŞ senatorları Hindistanın İranla liman sazişinin beynəlxalq sanksiyaları pozub-pozmaması məsələsini qaldırıb. Dövlət Departamenti məsələni araşdırdığını bildirir.

“Hindistanlılara İran münasibətlərinə məhdudiyyətlərlə bağlı çox aydın mövqe bildirmişik”, Dövlət katibinin köməkçisi Nisha Desai Biswal mayın 24-də Senatın Xarici əlaqələr komitəsində deyib.

Hindistan mayın 23-də bildirib ki, İranın Çabahar limanının qurulmasına 500 milyon dollar ayırır. Bu liman İran, Əfqanıstan və Orta Asiyaya ticarət çıxışını təmin edir. Hazırda bu yolu Hindistanın rəqibi Pakistan bağlayıb.

Ötən yanvarda Birləşmiş Ştatlar və Avropa İrana sanksiyaları qaldırıb, ancaq ticarətə məhdudiyyətlər qalır.

Günün bütün mövzuları

XS
SM
MD
LG