Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:25

Azərbaycan almanlarından film çəkiləcək


►Filmin Almaniyanın bir neçə televiziya kanallarında yayımı nəzərdə tutulur

Azərbaycanda mövcud olan alman irsi haqqında film çəkiləcək.

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, bu barədə razılıq mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın alman kinorejissoru Fridhelm Brüknerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə əldə olunub.

Film 2016-2017-ci illərdə UNESKO-nun yubileylər proqramı çərçivəsində Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının (1817) 200 illik yubileyinin qeyd olunması ilə bağlı qəbul olunmuş qərara əsasən çəkiləcək.

Layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycanda və digər Qafqaz ölkələrində yaşamış almanların irsinin dünyaya çatdırılmasıdır.

Görüşdə filmin çəkilişləri ilə bağlı layihənin müzakirəsi aparılıb, nümayəndə heyətinin Bakı, Gəncə şəhərlərinə və Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Tovuz, Samux rayonlarına olan səfərlərinin nəticələri haqqında danışılıb.

Fridhelm Brükner layihənin həyata keçirilməsinin Azərbaycanın həm Almaniyada, həm də Avropada tanınmasına böyük təsir göstərəcəyini vurğulayıb.

Kinorejissor əlavə edib ki, filmin Almaniyanın bir neçə televiziya kanallarında yayımı nəzərdə tutulur.

Filmin çəkilişlərinə bu ilin sentyabrından başlanacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG