Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:41

-

90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə 6 namizəd yarışacaq. MSK seçkiyə qatılacaq namizədlərin adlarını açıqlayıb.

Trend-in xəbərinə görə, qeydə alınan namizədlər Yeni Azərbaycan Partiyasından Cavid Osmanov, Ümid Partiyasından İqbal Ağazadədir. Daha 4 nəfər isə bitərəf namizədlərdir. Əli Haqverdiyev, Anar İbrahimli, Rəşad Gözəlov və Rəşad Abdullayev.

MSK-nın mətbuat xidmətindən bildirilib ki, təkrar seçkilərdə 14 nəfər namizədliyini irəli sürüb. 14 nəfərin hər birinin namizədliyi təsdiq olunub, onlara imza vərəqələri verilib. İmza vərəqələrini geri qaytaran 11 nəfərdən 6-nın namizədliyi qeydə alınıb.

MSK təkrar seçkiyə qatılmaq istəyənlərdən REAL Hərəkatının həbsdə olan rəhbəri İlqar Məmmədovun namizədliyini isə qeydə almaqdan imtina etmişdi. Qurum hesab edirdi ki, İlqar Məmmədovun indiki statusu ona seçkiyə qatılmağa imkan vermir.

90 saylı Ağdaş Seçki Dairəsində təkrar seçkilər iyunun 18-də keçiriləcək.

Azərbaycanda sonuncu parlament seçkiləri ötən il noyabrın 1-də keçirilmişdi. Həmin seçkidə yenə hakim Yeni Azərbaycan Partiyası böyük üstünlük qazanmışdı. 90 saylı Ağdaş Seçki Dairəsində də ilkin qalib kimi Çingiz Əsədullayev elan edilmişdi. Ancaq sonradan MSK həmin dairədə nəticələri ləğv etmişdi. O vaxt mətbuat bunu Ç Əsədullayevin işdən çıxarılan Milli Təhlükəsizlik Nazirliyi Eldar Mahmudovun qohum olması ilə izah etdi.

Ç. Əsədullayev özü isə o vaxt mətbuatda yazılanlara belə münasibət bildirmişdi: “Bu informasiya həqiqətə uyğun deyil. Mən Eldar Mahmudovun qohumu deyiləm. Hərçənd Eldar Mahmudovun bacısı Elmira xanımla - Milli Qəhrəman Riyad Əhmədovun həyat yoldaşı ilə yaxın dostuq. Eldar Mahmudovun həyat yoldaşı Tahirə xanımla isə bir sinifdə oxumuşuq”.

MSK-nın qərarında isə deyilirdi ki, 90 saylı Ağdaş seçki dairəsində 17 məntəqədə pozuntulara yol verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG