Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:55

-

Azərbaycan prezidenti İlham Əliyev mayın 24-də BP-nin Direktorlar Şurasının sədri Karl-Henrik Svanberqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinə BP Qrupun baş icraçı direktoru Bob Dadlin və Direktorlar Şurasının üzvləri daxil olub.

AZƏRTAC-ın xəbərinə görə, prezident İlham Əliyev 20 ildən artıq davam edən BP-Azərbaycan əməkdaşlığı nəticəsində çox əhəmiyyətli layihələrin uğurla həyata keçirildiyini deyib.

O, qeyd edib ki, əldə olunan bütün nailiyyətlər enerji sektoruna yatırılan böyük həcmli sərmayələr sayəsində mümkün olub

BP-nin Direktorlar Şurasının sədri Karl-Henrik Svanberq də öz növbəsində Azərbaycan ilə tərəfdaşlıqdan məmnunluğunu ifadə edib.

“Şahdəniz-2” və “Cənub Qaz Dəhlizi” layihələrinin əhəmiyyətinə toxunan qonaq bu layihələrin BP-Azərbaycan əməkdaşlığının uzunmüddətli olması işinə xidmət edəcəyini bildirib.

BP Azəri-Çıraq- Günəşli yatağında 35,8 faiz paya sahibdir.

«Cənub Qaz Dəhlizi» «Şahdəniz-2» çərçivəsində hasil edilən qazın 3500 kilometr məsafə qət edərək Xəzər dənizindən Avropaya nəqlini nəzərdə tutur.

Bu layihədə əsasən Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya və Bolqarıstan iştirak edir.

«Cənub Qaz Dəhlizi»TANAP və TAP layihələrini özündə birləşdirir.

Trans-Anadolu Qaz Kəməri (TANAP) layihəsi «Şahdəniz-2»dən çıxarılan təbii qazı Türkiyə və Avropaya çatdırmalıdır.

Bu ay təməli qoyulan Trans-Adriatik Qaz Kəməri (TAP) layihəsi isə Cənubi Qafqaz Qaz Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) və TANAP-ın davamıdır. TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), «Snam S.p.A.» (20 faiz), «Fluxys» (19 faiz), «Enagás» (16 faiz) və «Axpo» (5 faiz).

Qaz kəmərinin 2020-ci ildə istismara verilməsi nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG