Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:57

"Real" Çempionlar Liqasının kubokunu qazanacağıhalda, futbolçular və baş məşqçi mükafatlandırılacaq.

İspaniya mətbuatının yazdığına görə, klub 11-ci dəfə bu kuboku qazansa, futbolçulara 700 min avro, baş məşqçi Zinəddin Zidana isə 1 milyon 400 min avro mükafat veriləcək.

Qeyd edək ki, "Real" - "Atletiko" görüşü mayın 28-i keçiriləcək.

"Real"ın hücumçusu Kriştiano Ronaldo isə komandanın bugünkü məşqini yarımçıq tərk etməsinə aydınlıq gətirib.

"Marca" qəzetinin yazdığına görə, yüngül zədəsi olduğunu bildirən Ronaldo iki gün sonra final oyununa tam hazır olacağını deyib.

O, zədəni bugünkü məşqdə aldığını, amma final görüşünə tam hazır olacağını vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG