Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:17

-

Prezident İlham Əliyev mayın 24-də Türkiyənin yeni seçilən baş naziri Binali Yıldırıma telefonla zəng edib. Bu haqda prezidentin mətbuat xidməti məlumat verir.

Məlumatda qeyd edilir ki, İlham Əliyevin B.Yıldırımı hakim Adalet və Kalkinma Partiyasının (AKP) sədri vəzifəsinə seçilməsi və baş nazir təyin olunması münasibətilə təbrik edib. Ona uğurlar arzulayıb. Türkiyənin baş naziri diqqətə və təbrikə görə, prezidentə təşəkkür edib.

Telefon söhbəti zamanı iki ölkə arasındakı münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminlik ifadə olunduğu bildirilir.

Binali Yildirim ölkənin keçmiş nəqliyyat və kommunikasiya naziri və hakim AKP-nin təsisçilərindən biridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG