Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:00

Türkiyədəki “Milliyətçi Hərəkat Partiyası”nın rəhbəri Devlett Bahçeli ölkədə prezident sisteminin despotizmə aparacağını xəbərdarlıq edib.

O bildirib ki, partiya parlamentdə hakim “Ədalət və İnkişaf Partiyası”nın konstitusiyada düzəliş etmək və prezident sistemi yaratmaq cəhdlərini dəstəklməyəcək.

Devlet Bahçelibildirib ki, əgər ölkədə prezident sistemi tətbiq edilsə hakimiyyət bir nəfərin əlində cəmləşəcək və bu despotizmə aparacaq.

Devlet Bahçeli qeyd edib ki, onlar bu məsələdə bizdən müsbət mövqe gözləyir, amma biz bunu heç vaxt etməyəcəyik.

Qeyd edək ki, prezident Racep Tayyip Erdogan ölkədə prezident sistemi yaratmaq və bunun üçün konstitusiyada düzəlişlər etməyə hazırlaşır.

Müxalifət bunu saray çevrilişi hesab edir.

Erdogan bu günlərədə keçmiş nəqliyyat naziri və hakim partiyanın yeni rəhbəri Binali Yıldırıma yeni hökumət yaratmağı tapşırıb və o artıq mayın 24-də kabinetin tərkibini elan edib.

Məlumatlara görə iqtisadi komandanın əsas üzvləri öz vəzifələrində qalıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG