Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:36

-

Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto Avropa Birliyini ( AB) təcili olaraq Ukrayna və Gürcüstanla viza rejimini liberallaşdırmağa və Azərbaycanla saziş bağlamağa çağırıb. Bu haqda Anadolu agentliyi bildirir.

P.Siyarto AB ölkələrinin xarici işlər nazirlərinin iclasındakı çıxışında qeyd edib ki, qurumun şərq qonşularının təhlükəsizliyi çox kövrəkdir və bu vəziyyət Avropaya təhlükə yaradır:

“Belarus istisna olmaqla, Ukrayna, Gürcüstan, Azərbaycan və Ermənistanda “qaynar ” və “dondurulmuş” münaqişələr var”

Onun sözlərinə görə, AB bu ölkələri dəstəkləməlidir.

“Ukrayna və Gürcüstana viza rejimini liberallaşdırmaq lazımdır. Bu ölkələr lazımi tələbləri yerinə yetiriblər. Bu məsələdə gecikmək Avropanın təhlükəsizliyinə ziyan vura bilər”, - o vurğulayıb.

P.Siyarto həmçinin Azərbaycanla Şərq Tərəfdaşlığına dair saziş bağlamağa çağırıb.

“Xəzər sahilində yerləşən bu ölkə Avropa enerji mənbələrinin diversifikasiyasında əsas rol oynaya bilər. Azərbaycan AB-nin strateji tərəfdaşı hesab olunmalıdır” - o, qeyd edib.

Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri Brüsseldə toplaşıb. Bir gün əvvəl xarici işlər naziri Elmar Məmmədyarov AB ilə dialoqun bərpası üzərində işləndiyini açıqlamışdı.

Ancaq Azərbaycan rəsmiləri dəfələrlə bəyan ediblər ki, onlar Avropa Birliyi ilə Şərq Tərəfdaşlığı proqramında yox, ayrılıqda, bərabər tərəf kimi əməkdaşlığa istəyir. Azərbaycan müxalifəti də bu mövqeyi islahatlardan qaçmaq kimi dəyərləndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG