Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:41

Ukrayna ordusu son 24 saat ərzində ölkənin şərqində gedən atışmalarda 7 əsgərinin həlak olduğunu, 9-nun isə yaralandığını bildirir.

Milli Təhlükəsizlik və Müdafiə Şurası-nın rəhbəri Aleksandr Turçanov mayın 24-də bunun son bir ildə, 1 gün ərzində baş verən ən böyük itki olduğunu deyib.

2014-cü ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qoşunları ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 9300 nəfərdən çox adam ölüb.

Tərəflər 2015-ci ilin fevralında Minskdə atəşkəs razılaşması əldə etsə də vaxtaşırı bir-birini atəşkəs rejimini pozmaqda günahlandırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG