Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:09

Meksikada 100 nəfərdən çox adamın bastırıldığı kütləvi məzarlıq aşkar edilib.

Ekspertlərin sözlərinə görə, paytaxt Mexikonun 50 kilometrliyində yerləşən Tetelçinqo qəsəbəsindəki məzarlıqda 116 nəfərin qalıqları tapılıb.

Bazar ertəsindən onların çıxarılmasına başlanıb.

Hakim dairələr hesab edir ki, bu insanlar kriminal qruplar arasında davanın qurbanl ola bilərlər.

Bu rayon Meksikada ən təhlükəli yerlərdən biri hesab olunur, burda insanlar vaxtaşırı yoxa çıxır.

İtkin düşənlərin qohumları hadisə yerinə gəliblər.

Mariya adlı yerli sakin deyir ki, orda 150-ə yaxın adam bastırılıb. Onlar normal məzarda layiqlə dəfn olunmalıdırlar. Bura toplaşan ailələr yaxınları barədə nəsə bir xəbər öyrənməyə gəliblər.

Son ildə Meksikada bu cür hallara tez-tez rast gəlinir.

Bunun əsas səbəbisə narkotik alveri ilə məşğul olan cinayətkar qruplar arasında təxminən 10 ildir ki, davam edən müharibədir.

Hakim dairələrin məlumatına görə, 2007-ci ildən bu yana 100 mindən çox adam bu cür çəkişmələrin qurbanı olub və hər ay bu artır.

Günün bütün mövzuları

XS
SM
MD
LG