Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:29

Xaqani Hassın "Minor" adlı şeir kitabı çıxıb


Xaqani Hass
Xaqani Hass

-

Xaqani Hassın üçüncü şeirlər kitabı çıxıb. Kitab “Minor” adlanır. Bu haqda Xaqani öz bloqunda məlumat yayıb:

"Əslindǝ kitabın çapı çox gecikdi, keçǝn il çap olunmalı idi. Ancaq ölkǝdǝki iqtisadi böhrana görǝ nǝşriyyatlar çǝtinliklǝrlǝ üzlǝşdi..."

Kitab Rafiq Tağının xatirǝsinǝ ithaf edilib. "Onun qǝtl edilmǝsindǝn bǝri fikrim bu idi, növbǝti kitabımı mütlǝq ona ithaf edǝcǝkdim, etmǝliydim. Bu, bir şair, bir yazar, bir fikir adamı kimi mǝnim borcum idi, gec dǝ olsa borcumu yerinǝ yetirdim."

Kitabda formaca eyni tipdǝ yazılmış qırx şeir var. Şeirlǝr qısadır, hamısı üç misradan ibarǝtdir. Məsələn:

“qırılmış budağın gözündə ölüm son deyil

bilməzdim budaq olanadək qollarım

kölgəsi qırx yaş uzunluğunda və lal”

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG