Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:44

-

Suriya hökuməti ötən gün Aralıq dənizi sahilindəki 2 şəhərdə törədilmiş partlayışlara görə Türkiyə, Qətər və Səudiyyə Ərəbistanını ittiham edir.

Xaric İşlər Nazirliyi BMT-yə göndərdiyi məktubda yazır ki, mayın 23-də Tartus və Jableh-dəki partlayışlar “Ər-Riyad, Ankara və Dohadakı ekstremist və məkrli rejimlərin ciddi eskalasiyasıdır” və sülh səylərini pozmağa yönəlib.

Məlumatı Suriyanın dövlət mediası yayıb.

Azı 145 nəfərin həlak olduğu partlayışlara görə məsuliyyəti İslam Dövləti (İŞİD) qruplaşması üzərinə götürüb.

Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı Suriyada müxtəlif üsyançı qüvvələri dəstəkləyir.

2011-ci ildə müharibə başlanandan Suriyada azı 270 min nəfər həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG